Yeni İl Kapadokya Qrup Turu

Yeni İl Kapadokya Qrup Turu

Tur haqqında

YENİ İL KAPADOKYA QRUP TURU! 🎈✨ Unudulmaz 4 gecə / 5 günlük bayram səyahəti! Tarix: 30 Dekabr 2026 – 3 Yanvar 2027 Turun qiyməti: 755 USD İlkin ödəniş: 350 USD Qalıq məbləğ turdan 1 həftə əvvələ qədər ödənilməlidir. Yeni ili nağıl kimi Kapadokyada qarşılayın! 📌 Tur qiymətinə daxildir: Bakı – Ankara – Bakı aviabileti 10 kq əl yükü Ankara – Kapadokya – Ankara transferi 4 gecə oteldə yerləşmə 4 səhər və 3 axşam yeməyi (açıq masa) Peşəkar tur rəhbəri 🗺️ Ekskursiya proqramı: ✅ Peri Bacaları ✅ Göyərçinlər Vadisi ✅ Yeraltı Şəhər (giriş əlavə ödənişlə — 300 TL / təxminən 13 AZN) ✅ Avanos – keramika və dulusçuluq şousu ✅ Hayal Vadisi ✅ Uçhisar Qalası ✅ Lavanda Panoramic Kafe ✅ Salanan Körpü ✅ Asmalı Konak ✅ Gün batımı və şəhər mənzərəsi ✅ Kapadokya AVM 🎈 İsti hava şarlarını seyr etmək — pulsuz 🏍️ ATV turu — əlavə ödənişlə 🥂 Yeni il qala gecəsi və mağarada əyləncə — əlavə ödənişlə ⚠️ Vacib qeydlər: ▪️ Yeni nəsil şəxsiyyət vəsiqəsi ilə uçuş mümkün ola bilər, pasport tövsiyə olunur. ▪️ Vaxt imkan verərsə, əlavə gəzintilər təşkil ediləcek. ▪️ Aviabilet qiymətində dəyişiklik olarsa, tur qiymətinə təsir edə bilər. Yeni il, qarlı mənzərələr, möhtəşəm Kapadokya və unudulmaz xatirələr — yerlərinizi indidən rezervasiya edin!

Maraqlı məlumatlar

Kapadokya təbiətin və tarixin vəhdət təşkil etdiyi, dünyanın ən sirli nöqtələrindən biridir. Milyonlarla il əvvəl vulkanik püskürmələr nəticəsində yaranan "Peri Bacaları" qışda qar örtüyü altında tamamilə başqa bir nağıl aləminə çevrilir. Yeni ili bu sehrli atmosferdə, mağara konseptli otellərdə qarşılamaq hər bir səyyahın arzusudur. Avanosun qədim küçələrində dulusçuluq sənəti ilə tanış ola, Göyərçinlər vadisində gün batımının bənzərsiz rənglərini seyr edə bilərsiniz. Bölgənin ən cəlbedici tərəflərindən biri də yeraltı şəhərlərdir. Min illər əvvəl insanların sığınacaq kimi istifadə etdiyi bu labirintvari şəhərlər sizi tarixin dərinliklərinə aparacaq. Uçhisar Qalasından bütün bölgəni quş baxışı ilə izləmək isə səyahətin ən yadda qalan anlarından biri olacaq. Səhər tezdən göy üzünü bəzəyən rəngbərəng hava şarları Kapadokyanın vizit kartıdır və bu mənzərəni qarlı dağların fonunda görmək əsl vizual ziyafətdir. Kapadokya mətbəxinin məşhur testi kababını dadmağı və yerli suvenir dükanlarından əl işi keramika nümunələri almağı unutmayın.