Tayland Qrup Turu: Phuket - Bangkok

Tur haqqında
*FESTİVAL VƏ ƏYLƏNCƏ ATMOSFERİNDƏ* *TAYLAND QRUP TURU* Phuket - Bangkok 🕑 *Tarix və qiymət* * 10-17 Dekabr *1600$* İlkin ödəniş: 50% ✅ *Qiymətə daxildir:* - Gediş-dönüş aviabilet (baqaj daxil ) - Oteldə gecələmə - Hovuz, fitness - Səhər yeməkləri - VİP Qrup Transferi - Səyahət Sığortası - Tur Rəhbəri 🗺️ *Ekskursiyalar* Phuket panoromik şəhər turu Patong turu Phi Phi turu Maya Bay Monkey Beach Pileh Lagoon Khai adası Viking Cave Bangla Road Big Buddha Wat Chalong Patong plajı Bangkok panoromik şəhər turu Wat Arun Siam Square Siam Paragon Avatar turu (Əlavə ödənişlə) Yona Beach (Əlavə ödənişlə) ⚠️ *QEYDLƏR:* - Qiymət 2-3 nəfərlik otaqda 1 nəfər üçün hesablanılır. - Turist tək qalmaq istədikdə əlavə ödəniş ilə qala bilər - Ödəniş günün məzənnəsinə uyğun olaraq manat ilə qəbul olunur. - Gediş və dönüş reislərində müəyyən dəyişilmələr olabilər fors major hal olarsa,lakin gün fərqi olmamaq şərti ilə. - Fors major hallar baş verdikdə tur rəhbər planda dəyişikliklər edə bilər. - Nahar va şam yeməkləri ödənişə daxil deyildir. - Qiymətlər dinamikdir, müraciət zamanı aviabiletə baxılacaqdir
Maraqlı məlumatlar
Tayland hər zaman rəngarəngliyi və heç vaxt bitməyən enerjisi ilə səyahətçiləri özünə cəlb edir. Bu tur çərçivəsində siz həm Phuket adasının firuzəyi sularında dincələcək, həm də Bangkokun göydələnləri və qədim məbədləri arasında şəhər həyatının ritmini hiss edəcəksiniz. Phuketdə Big Buddha və Wat Chalong kimi mənəviyyat dolu məkanları ziyarət etdikdən sonra, məşhur Phi Phi adalarına və Maya Bay-a doğru yol alacaqsınız. Bura, təmiz qumu və kristal suyu ilə sanki cənnətin bir parçasıdır. Bangkok isə tamamilə fərqli bir dünya təqdim edir. Chao Phraya çayının sahilində ucalan möhtəşəm Wat Arun məbədi öz memarlıq incəlikləri ilə sizi heyran qoyacaq. Şəhərin müasir tərəfi olan Siam Square və Siam Paragon isə alış-veriş və əyləncə həvəskarları üçün əsl tapıntıdır. Tayland mətbəxinin acılı-şirinli dadlarını dadmaq, yerli bazarların ab-havasını duymaq və ekzotik meyvələrin dadına baxmaq bu səyahəti unudulmaz edəcək. Xüsusilə dekabr ayında Taylandda hava şəraiti dəniz və gəzinti üçün ən ideal dövrlərdən biri hesab olunur.