SİTRUS TURU — LƏNKƏRAN & ASTARA
.png&w=3840&q=75)
Tur haqqında
🍊 SİTRUS TURU — LƏNKƏRAN & ASTARA 🌿 ... 📅 Tur tarixləri Oktyabr: 11, 17, 18, 24, 25, 31 Noyabr: hər gün 📍 Toplanış: 06:30 — Gənclik metrosu 🚌 Çıxış: 07:00 🏙️ Bakıya dönüş: təxminən 22:00–23:00 ━━━━━━━━━━━━━━ 🗺️ TUR PROQRAMI 🍊 Astara • Sitrus bağı — portağal, mandarin, limon və feyxoa 🍋 • Limitsiz sitrus meyvələri • Çay plantasiyası 🌿 • Astaranın Yanar Bulağı 🔥 • Lovəyin gölü 💧 • Yerli çay, düyü və digər Cənub nemətləri 🛍️ 🌊 Lənkəran • Xanbulan gölü 💧 (giriş 2 ₼) • Restoranda nahar fasiləsi 🍽️ • Ətirli çay süfrəsi ☕ • Cənub mətbəxi 🥘 • Musiqi və diskoteka 🎶 ━━━━━━━━━━━━━━ 💰 PAKETLƏR 🟢 Ekonom — 25 ₼ 🔵 Standart — 29 ₼ 🟠 Full — 35 ₼ ... ✅ Pakete daxildir: 🚌 Komfortlu nəqliyyat 🧑💼 Peşəkar tur rəhbəri 🍊 Sitrus bağında limitsiz meyvə ☕ Çay süfrəsi ... 🥐 Standart paketdə: səhər yeməyi — yağ, bal, pendir, qaymaq, qaynadılmış yumurta, sosiska, çay və çörək. 🍗 Full paketdə: nahar — toyuq ləvəngisi, aş, kükü, salat, şirə və çay. ... 📌 Əlavə ödənişlər: sitrus bağına giriş 1 ₼, Xanbulan gölünə giriş 2 ₼ 📌 Alış-veriş, ödənişli məkanlara giriş, tur paketlərinin daxil olmayan əlavə xidmətlər turistin şəxsi hesabına olur. 📌 Nəqliyyatda yerləşmə tur rəhbəri tərəfindən olur, öncədən yer seçimi əlavə 5azn. ━━━━━━━━━━━━━━ ⚠️ Tur zamanı spirtli içkilər qəti qadağandır. 👟 Dəyişək ayaqqabı götürməyiniz tövsiyə olunur.
Maraqlı məlumatlar
Azərbaycanın cənub mirvariləri olan Lənkəran və Astara payız aylarında özünəməxsus bir gözəlliyə bürünür. Bu bölgə təkcə yaşıl təbiəti ilə deyil, həm də ətirli sitrus bağları ilə məşhurdur. Oktyabr və Noyabr aylarında mandarin, portağal və feyxoa məhsulunun yığımı vaxtı bağlarda gəzmək, ağacdan birbaşa meyvə dərmək insana xüsusi zövq verir. Astaranın Yanar Bulağı isə təbiətin möcüzəsi kimi hər kəsi heyrətləndirir – suyun içindən alovun çıxması nadir rast gəlinən hadisələrdəndir. Lənkəranın Xanbulan gölü sıq meşələrlə əhatə olunmuş sakit bir guşədir. Burada təbiətin səssizliyini dinləyib, Hirkan meşələrinin təmiz havasını ciyərlərinizə çəkə bilərsiniz. Cənub zonasına səyahət edərkən məşhur Lənkəran ləvəngisinin dadına baxmadan qayıtmaq olmaz. Təzə çay plantasiyalarından toplanan ətirli cənub çayı və yerli düyü sortları bu regionun vizit kartıdır. Payızın rəngarəngliyini və sitrus ətrini hiss etmək üçün bu marşrut ən ideal seçimdir.