Lənkəran Astara Sitrus Turu

Lənkəran Astara Sitrus Turu

Tur haqqında

🍋 CƏNUBUN ƏTRİ, SİTRUSUN DADI VƏ MÖHTƏŞƏM ƏYLƏNCƏ BİR TURDA! 🌿 Lənkəran və Astarada təbiətin, dadlı cənub mətbəxinin, bol-bol sitrus meyvələrinin və gecənin möhtəşəm diskotekasının bir araya gəldiyi unudulmaz Sitrus Turuna hazır olun! 🍊🍋✨ ♦️2 DƏFƏ QİDALANMA + LİMİTSİZ SİTRUS + DİSKOTEKA — hamısı bir turda! ——————————— ♦️Tarix: 24, 25, 31 Oktyabr ❗️ ♦️Növbəti ay : Hər gün❗️ ——————————— ♦️Qiymət: •Ekonom paket: 25 AZN •Standart paket: 29 AZN •Full paket: 35 AZN ——————————— ♦️Qiymətə daxildir: •Komfortlu nəqliyyat •Tur rəhbəri •Sitrus meyvələrini limitsiz yeyə bilərsiniz (tam ödənişsiz) •Səhər yeməyi (Standart paketə daxildir) •Nahar yeməyi (Full paketə daxildir) •Çay süfrəsi •Diskoteka ——————————— ♦️Ekskursiyalar: 📍Astara •Sitrus Bağı (portağal, mandarin, limon, feyxoa) •Çay Plantasiyası •Astara Yanarbulağ •Lovəyin Gölü •Çay, düyü və digər cənub neymətlərindən alış veriş imkanı. 📍Lənkəran •Restoranda nahar yeməyi, çay, diskoteka •Xanbulan gölü (giriş 2 azn) ——————————— •Səhər yemək menyusu: yağ, bal, pendir, qaymaq, soyutma yumurta, soyutma sosiska, çay, çörək. •Nahar yemək menyusu: Toyuq ləvəngisi, aş, kükü, salat, sok, çay. •10 nəfər gətir özün pulsuz gəl! •Fərdi qruplar üçün toplanış yeri, tarix seçimi sərbəstdir 😍 ——————————— Toplanış: 06:30 Gənclik M/S, Caspian shoppingin önü. Çıxış: 07:00 Bakıya çatırıq: 22:00/23:00 (təqribi) ——————————— •Tur zamanı spirtli içkilər qəti qadağandır. •Özünüzlə dəyişək ayaqqabı götürməyiniz mütləqdir.

Maraqlı məlumatlar

Azərbaycanın cənub mirvariləri olan Lənkəran və Astara hər zaman özünəməxsus ab-havası ilə səyahətçiləri cəlb edir. Payız aylarında bu bölgə xüsusilə gözəlləşir; sitrus bağlarından gələn təravətli mandarin və limon ətri bütün ətrafı bürüyür. Astaranın yaşıl çay plantasiyaları və sirli Yanarbulağı təbiətin möcüzələrini bir daha sübut edir. Lovəyin gölü isə sakitliyi və mənzərəsi ilə ruhunuzu dincəldəcək. Lənkəranın zəngin mətbəxi haqqında saatlarla danışmaq olar. Məşhur toyuq ləvəngisi və cənub aşının dadı damağınızdan getməyəcək. Xanbulan gölünün ətrafındakı sıx meşəlik isə fotoqrafiya həvəskarları üçün əsl tapıntıdır. Bu bölgə təkcə dadlı təamları ilə deyil, həm də qonaqpərvər insanları və qədim adət-ənənələri ilə seçilir. Payızda cənuba səyahət etmək, həm vitamin deposu toplamaq, həm də təbiətin rəngarəngliyindən zövq almaq üçün ən yaxşı seçimdir.