Abşeron Milli Parkı - Şahdili Turu

Tur haqqında
ABŞERON MİLLİ PARKI - ŞAHDİLİ TURU Azərbaycanın ən uc nöqtəsinə — Şahdilinə gedirik! Xəritəmizin "Qartal dimdiyi" də möhtəşəm fotolar çəkdirmək və dəniz havası almaq üçün bu fürsəti qaçırmayın. TURUN TARİXİ: 24,25 Oktabr 2026 (tələbata uyğun) QİYMƏT: 25 AZN QİYMƏTƏ DAXİLDİR: Komfortlu nəqliyyat Peşəkar və gülərüz tur rəhbəri Milli Parka giriş bileti Yol boyu əyləncə və maraqlı oyunlar Çay süfrəsi EKSKURSİYALARIMIZ: Abşeron Milli Parkı – Təbiətin qoynunda vəhşi heyvanları görmək şansı Sevgi qapısı və Dilək ağacı Şahdiliyə yürüş (Azərbaycanın ən uç nöqtəsi) Binə Atçılıq Mərkəzi – Nəcib atlarla tanışlıq Balaxanı küçələri – Yeni dizaynlı, rəngarəng tarixi küçələrdə gəzinti TOPLANIŞ VƏ SAATLAR: Toplanış yeri: Nərimanov metrosu, "Metropark"ın qarşısı. Toplanış saatı: 08:00 Turun bitmə vaxtı: 19:00 – 20:00 arası QEYD: Piyada yürüş olacağı üçün rahat ayaqqabı, gün eynəyi və papaq (kepka) gətirməyiniz mütləqdir. Səhhətində problem olanlar və yaşlıların iştirakı yürüşlə əlaqədar tövsiyə olunmur. Spirtli içki qəti qadağandır. 0-6 yaş uşaqlar ödənişsizdir (yer tutmamaq şərti ilə). Hər turda iştirak edən qonaqlarımız növbəti səyahət üçün endirim balı qazanır!
Maraqlı məlumatlar
Abşeron yarımadasının ən uc nöqtəsi olan Şahdili, coğrafi formasına görə xəritədə qartal dimdiyini xatırladır. Bu ərazi həm də Xəzər dənizinin ortasında sanki bir ada hissi yaradan nadir təbiət guşəsidir. Abşeron Milli Parkı ərazisində yerləşən bu məkan, bitki örtüyü və köçəri quşları ilə təbiətsevərləri valeh edir. Burada gəzərkən dənizin sonsuzluğunu və səhranın sakitliyini eyni anda hiss edəcəksiniz. Turun digər maraqlı dayanacağı olan Balaxanı kəndi son illərdə aparılan bərpa işlərindən sonra Bakının mini-Avropasını xatırladır. Rəngarəng qapılar, güllərlə bəzədilmiş dar küçələr və tarixi abidələr burada hər addımda qarşınıza çıxacaq. Şəhər səs-küyündən uzaqlaşıb həm dəniz havası almaq, həm də tarixin izlərini görmək istəyənlər üçün bu marşrut ideal seçimdir. Binə Atçılıq Mərkəzi isə nəcib heyvanlarla ünsiyyət qurmaq üçün turun ən emosional anlarını vəd edir.